"Qəbələ"nin rəqibi Serbiya yığmasının hücumçusunu transfer etdi
“Qəbələ”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Omoniya” heyətini gücləndirib.
MediaSport.az xəbər verir ki, Kipr klubu Serbiya millisinin hücumçusu Velko Simiçlə 2 illik müqavilə bağlayıb.
Nikosiya təmsilçisi 28 yaşlı forvardı Serbiyanın “Voyvodina” klubundan transfer edib.
Qeyd edək ki, “Qəbələ” “Omoniya” ilə ilk oyununu iyulun 27-də evdə, cavab görüşünü avqustun 3-də səfərdə keçirəcək.