Qurban Qurbanovla Kevin Medinanın cəzası açıqlanıb
AFFA İntizam Komitəsinin iclası keçirilib, Azərbaycan Premyer Liqasının VII turunda yol verilmiş qayda poztunularına hüquqi qiymət verilib.
Mediasport.az xəbər verir ki, iclasda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqqında da qərar çıxarılıb.
23.09.2023-cü il tarixində turun “Sumqayıt” – “Turan Tovuz” görüşünün 90+3-cü dəqiqəsində dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Mübariz Orucov meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Sumqayıt” klubu 1500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 42.3, 32);
24.09.2023-cü il tarixində Premyer Liqanın VII turunun “Sabah” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
24.09.2023-cü il tarixində “Sabah” – “Kəpəz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin olunmuş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 1000 manat cərimə edilir (maddə 72.4);
24.09.2023-cü il tarixində “Səbail” – “Araz-Naxçıvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilir (maddə 51.2);
24.09.2023-cü il tarixində “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);
24.09.2023-cü il tarixində “Qəbələ” – “Qarabağ” oyununun 42-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Rasim Ramaldanov meydançaya daxil olaraq rəqib oyunçuya aqressiv şəkildə təzyiq göstərdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanır, “Qəbələ” klubu 1000 manat cərimə edilir (maddə 44.5);
24.09.2023-cü il tarixində “Qəbələ” – “Qarabağ” oyununun 42-ci dəqiqəsində “Qarabağ” klubunun 81 nömrəli futbolçusu Kevin Medina təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Qarabağ” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 40.3, 32);
24.09.2023-cü il tarixində “Qəbələ” – “Qarabağ” oyununun 89-cu dəqiqəsində “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qarabağ” klubu 1000 manat cərimə edilir (maddə 42.4);
24.09.2023-cü il tarixində “Qəbələ” – “Qarabağ” oyununun 88-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə oyunun rəsmi şəxslərinin ünvanına qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə “Qarabağ” klubuna xəbərdarlıq edilir (maddə 43.7);