Azərbaycan alpinistləri məşhur Kilimancaro zirvəsini fəth ediblər
Azərbaycan alpinistləri Kilimancaro zirvəsini fəth ediblər.
Mediasport.az xəbər verir ki, 7 nəfərdən ibarət heyət Afrika qitəsinin ən yüksək zirvəsinə qalxıb.
Qərib Tağızadənin rəhbərliyi altında təşkil edilən ekspedisiya fevralın 9-da başlayıb və 12-də başa çatıb.
Qərib Tağızadə, Elbəy Mustafabəyli, Fariz Rəhimov, Turkan Fərzəliyeva, Elşən Yusubov, Əşrəf Hüseynov və İlkin Qəhrəmanlıdan ibarət kollektiv 5895 metrlik Kilimancaro zirvəsini fəth edərək, orada Azərbaycan bayrağını dalğalandırıblar.