"Zirə" rəhbərliyi şəhid futbolçunun qardaşının toyunda iştirak etdi
"Zirə"nin ikinci Qarabağ müharibəsində şəhid olmuş sabiq futbolçusu İlqar Bürcəliyevin qardaşı Tamerlan ailə həyatı qurub.
Mediasport.az xəbər verir ki, Bakıdakı restoranların birində baş tutan şadlıq məclisində "qartallar"ın rəhbər heyəti iştirak edib.
Ziyafətə klubun fəxri prezidenti Orxan Məmmədov, prezidenti Taleh Nəsibov, baş menecer Elman Himayətoğlu, baş məşqçi Rəşad Sadıqov, akademiyanın rəhbəri Zaur Həşimov və digər əməkdaşları qatılıblar.
Orxan Məmmədov səbəbkarın atası Anar Burcəliyevlə görüşərək ona təbriklərini çatdırıb.
Xatırladaq ki, qəsəbə təmsilçisinin U-17 komandasının sabiq üzvü 2020-ci il sentyabrın 27-də 19 yaşında şəhid olub.
Ölümündən sonra Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib.