Qurban Qurbanova Macarıstanda nüfuzlu mükafat təqdim edilib
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanova Macarıstanda beynəlxalq mükafat təqdim olunub.
Mediasport.az xəbər verir ki, o, Beynəlxalq Feyr Pley Komitəsi tərəfindən karyerası ərzində daim “ədalətli oyun” prinsiplərinə sədaqətinə görə dünyanın ən nüfuzlu Feyr Pley mükafatı - “Joao Barotra” diplomuna layiq görülüb.
Beynəlxalq qurumun Macarıstanın paytaxtı Budapeştdə bu gün keçirilən təntənəli mərasimində Feyr Pley mükafatı Qurban Qurbanova təqdim edilib.
Qeyd edək ki, Ağdam klubunun çalışdırıcısı bu mükafatı alan ilk azərbaycanlı kimi tarixə düşüb.
Təqdimatı bu il Azərbaycan İdman Jurnalistləri Assosiasiyası edib.
Xatırladaq ki, Qurbanov UEFA Avropa Konfrans Liqasının 2022-ci ildə keçirilən pley-off mərhələsinin “Qarabağ” – “Marsel” matçında İbrahima Vadjinin əllə vurduğu qolu ləğv etdirib.
2015-ci ildə “İnter”lə (indiki "Şamaxı") Azərbaycan Premyer Liqası, üç il sonra “Kuban”la yoxlama oyununda hakimlərin səhv penalti qərarından sonra futbolçulara zərbəni qeyri-dəqiq vurmağı tapşırıb.