"Neftçi" ABŞ millisi ilə görüşür

"Neftçi" ABŞ millisi ilə görüşür

3x3 basketbolu üzrə qadınlardan ibarət "Neftçi" komandası Dünya Qadın Seriyasının Melilya mərhələsində bu gün növbəti oyunu keçirəcək.

mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/4 final mərhələsində ABŞ millisi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 20:25-də start götürəcək.

Qeyd edək ki, "Neftçi" qrupda "Yuanda" (Çin) klubuna 9-21 hesabı ilə uduzub, Portuqaliya yığmasına isə 21:17 hesabı ilə qalib gəlib.