AVRO-2025: Azərbaycan yığmasının rəqibləri müəyyənləşib

AVRO-2025:  Azərbaycan yığmasının rəqibləri müəyyənləşib

Qadın basketbolçular arasında 2025-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Mediasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilmiş mərasimdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

Yığmamız Belçika, Litva və Polşa kollektivləri ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Avropa çempionatına Çexiya, Almaniya, Yunanıstan və İtaliya ev sahibliyi edəcək.

Seçmə mərhələnin oyunları noyabrda başlanacaq.