Avropa Kubokunda ikinci tur: "Sabah" ilk ev qarşılaşmasına çıxır

Avropa Kubokunda ikinci tur: "Sabah" ilk ev qarşılaşmasına çıxır

Basketbol üzrə Avropa Kubokunda yeganə təmsilçimiz "Sabah" bu gün ilk ev görüşünə çıxacaq.

Mediasport.az xəbər verir ki, təmsilçimiz doğma azarkeşlər önündə "Marussi" (Yunanıstan) ilə qarşılaşacaq.

Oyunun start fiti 19:00-da səslənəcək.

"Sabah" G qrupunun ilk turunda Belçikanın "Spiru" kollektivinə minimal fərqlə uduzmuşdu - 81:82.

Avropa Kuboku. G qrupu. 2-ci tur

16 oktyabr

19:00 "Sabah" (Azərbaycan) - "Marussi" (Yunanıstan)

Hakimlər: Marius Çiulin (Rumıniya), Kirile Tvauri (Gürcüstan) və Vlad-Teodor Kotrobas-Daskalu (Rumıniya).

Bakı İdman Sarayı.