Millinin üzvü yenidən "Gəncə"də

Millinin üzvü yenidən "Gəncə"də

"Gəncə" basketbol üzrə Azərbaycan milli komandasının üzvü Cəbrayıl Əkbərovu transfer edib.

Mediasport.az xəbər verir ki, "Cibo" ləqəbli hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Forvard 2022/2023-cü illər mövsümündə də "Gəncə"də oynayıb, Azərbaycan Kubokunun qalibi və liqanın gümüş mükafatçısı olub.

Cəbrayıl ötən mövsümü "Sərhədçi"də keçirib. O, Çempionlar Liqasının təsnifat mərhələsinin oyunları üçün "Sabah"da da yer almışdı.

"Sarı-göylər" bu keçidə qədər yerli basketbolçulardan Elşad Şirzadov, Maqsud Rüstəmov,  Nicat Hüseynov, əcnəbilərdən Lavon Holland, Kaan Yıldırımkanlı, Cordan Forbs, Barrel Romelo və Marqus Gilson ilə müqavilə bağlayıb.