"Quba camaatının bizə dəstək olacağına inanıram" - Əsgərov

  "Quba camaatının bizə dəstək olacağına inanıram" - Əsgərov

"Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlama verib.

Mediasport.az xəbər verir ki, çalışdırıcı Azərbaycan Basketbol Liqasında (ABL) yeni mövsümə hazırlıqdan danışıb:

"Qalib gəlməyə çalışacağıq, heç bir rəqibə uduzmaq şansımız yoxdur. Çempionatın başlamasına 20 gündən artıq vaxt qalıb. Quba camaatının bizə dəstək olacağına inanıram. Məqsədimiz B qrupundan birinci yerlə pley-offa vəsiqə qazanmaqdır. Yüksək liqada Qubanı təmsil edəcəyik. Hər halda onları sevindirmək istəyirik".

Basketbol üzrə Azərbaycan çempionatında 2024/2025 mövsümü oktyabrın 18-də start götürəcək.