Azərbaycan çempionatında iki yeni komanda mübarizə aparacaq
Azərbaycan Basketbol Liqasının (ABL) 2023/2024-cü illər mövsümündə iştirak edəcək son iki klubun loqoları və adları müəyyənləşib.
Federasiyadan Mediasport.az saytına verilən məlumata görə, bunlar Bakını təmsil edəcək "Xəzri" və Sumqayıt şəhərinin eyniadlı təmsilçisi olacaq.
Qeyd edək ki, bu mövsüm Azərbaycan çempionatında ümumilikdə 10 komanda mübarizə aparacaq.
Liqada “Xəzri” və “Sumqayıt”dan başqa, “Sabah”, NTD, “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi İK”, “Cəlilabad” və “Şəki” klubları da yarışacaqlar.