Milli komandamızın üzvü yeni yaradılmış klubda çıxış edəcək

Milli komandamızın üzvü yeni yaradılmış klubda çıxış edəcək

Azərbaycan Basketbol Liqasının yeni mövsümündə debüt edəcək “Lənkəran” klubu heyətini gücləndirir.

Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi U-18 və U-20 yığmamızın formasını geyinən Rəşid Abbasovla müqavilə bağlayıb.

Gənc oyunçu ilə anlaşma 1 illik nəzərdə tutulub.

20 yaşlı basketbolçunun son klubu NTD olub.