Azərbaycan basketbolunda ilk reallaşır - Qadınlar Liqası başlanır

Azərbaycan basketbolunda ilk reallaşır - Qadınlar Liqası başlanır

Sabah qadın basketbolçular arasında tarixdə ilk dəfə Azərbaycan çempionatı start götürəcək.

Mediasport.az xəbər verir ki, Azərbaycan Qadınlar Liqası adlanacaq yarış 2 dövrədən ibarət olacaq və 6 komanda mübarizə aparacaq.

"AzStars", "Alov", "Neftçi", "Xırdalan", "Gəncə" və "Qaradağ" klubları çempionluq mübarizəsi aparacaqlar.

Reqlamentə əsasən, müntəzəm mövsümün sonunda ilk 4 pilləni tutan komandalar "dördlər finalı"nda çempionun adına aydınlıq gətirəcəklər.

Çempionatın oyunları Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək.