Ölkə çempionatının debütantı mövsümdə ilk qələbəsini qazanıb
Qadın voleybolçular arasında Azərbaycan çempionatında 3-cü turun oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, tura “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandalarının matçı ilə start verilib.
Matç "Abşeron"un 3:1 hesablı qələbəsilə başa çatıb.
Günün ikinci qarşılaşmasında ölkə çempionatının debütantı "Gəncə" UNEC-i səfərdə məğlub edərək mövsümdə ilk qələbəsini rəsmiləşdirib - 3:0.
Tura bu gün baş tutacaq “Azərreyl" - "Murov Az Terminal" dueli ilə yekun vurulacaq.
Qeydə alınan nəticələrdən sonra “Abşeron” xallarının sayını 9-a çatdırıb və turnir cədvəlində birinci pilləyə yüksəlib.