"Sabah"ın müntəzəm mövsümü 1-ci yerdə başa vuracağı dəqiqləşib

"Sabah"ın müntəzəm mövsümü 1-ci yerdə başa vuracağı dəqiqləşib

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - 18 turuna start verilib.

Mediasport.az xəbər verir ki, ilk duel "Sabah" və "Xəzri" komandaları arasında olub.

“Sərhədçi” İdman Mərkəzində baş tutan görüş "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 77:65.

Bu qələbə ilə xallarının sayını 33-ə çatdıran "Sabah"ın müntəzəm mövsümü ilk pillədə başa vuracağı dəqiqləşib.

İkinci yerdə dayanan "Xəzri"nin 31 xalı var.

Turun digər qarşılaşmaları aprelin 25-28-də keçiriləcək.