DÇ Almaniyada keçiriləcək
2027-ci ildə keçiriləcək hokkey üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib.
mediasport.az xəbər verir ki, mundiala ev sahibliyi Almaniyaya verilib.
Qərar Beynəlxalq Hokkey federasiyasının illik Konqresində qəbul olunub. Əsas namizədlər arasında Niderland və Qazaxıstan da var idi.
Almaniya DÇ-yə son dəfə 2017-ci ildə Fransa ilə birlikdə ev sahibliyi edib.