"Hazır olmadığım üçün əsəbləşdim"
"Menecerim zəng etdi və dedi ki, "UFC sənin Porye ilə döyüşməyini istəyir". Hazır olmadığım üçün əsəbləşdim".
Mediasport.az xəbər verir ki, bu sözləri azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev "The AllStar"a müsahibəsində deyib.
30 yaşlı idmançı hələ də zədəli olduğunu bildirib:
"Daha əvvəl mənə Londonda döyüşmək təklif olunmuşdu. Amma ertəsi gün dizimi qopardım. Porye ilə döyüşmək istəsəm də, dizim sağalmayıb. Ardıcıl iki məğlubiyyətə rəğmən, UFC-nin hələ də mənə inanmasına görə xoşbəxtəm".
Xatırladaq ki, Fiziyev son qarşılaşmasında polşalı Mateuş Qamrota zədələndiyi üçün texniki nokautla yenilib.