Kanada milli komandası tarixində 13-cü dəfə dünya çempionu olub

Kanada milli komandası tarixində 13-cü dəfə dünya çempionu olub

Kanadanın qadınlardan ibarət millisi tarixində 13-cü dəfə buzüstü hokkey üzrə dünya çempionatının qalibi olub.

Mediasport.az xəbər verir ki, Troy Rayanın 23 ildir baş məşqçisi olduğu yığma ABŞ-nin Nyu-York şəhərində keçirilən mundialda rəqib tanımayıb.

Kanadalılar qızıl medallar uğrunda dueldə 10-qat dünya çempionu ABŞ millisinə əlavə vaxtda qalib gəliblər - 6:5.

Dünya birinciliyinin bürünc medallarını isə Çexiyanı 3:2 hesabı ilə məğlub edən Finlandiya qazanıb.

Qeyd edək ki, 1990-cı ildən keçirilən DÇ-də indiyədək baş mükafata yalnız Kanada və ABŞ hokkeyçiləri sahib çıxıblar.