Azərbaycan milliisi Yaponiya, Ukrayna və Meksika yığmalarına qarşı

Azərbaycan milliisi Yaponiya, Ukrayna və Meksika yığmalarına qarşı

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasının Çinin Çendu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasında rəqibləri müəyyənləşib.

mediasport.az xəbər verir ki, yığmamız "C" qrupunda mübarizə aparacaq.

Voleybolçularımızın rəqibləri Yaponiya, Ukrayna və Meksika seçmələri olacaq. Universiada 28 iyul-8 avqust tarixlərində keçiriləcək.