2 legioner Azərbaycan çempionuna lazım olmadı, göndərildilər - RƏSMİ
Futzal üzrə Yüksək Liqada çempion olan "Araz-Naxçıvan”ın heyətində "təmizləmə əməliyyatı"na başlanılıb.
mediasport.az xəbər verir ki, Naxçıvan təmsilçisi artıq 2 futzalçını yola salıb.
Braziliyalı Andreu Varqas və Viktor Ponse ilə başa çatan müqavilələr yenilənməyib. Hər iki futzalçı komandaya ötən yay cəlb edilsələr də, zədə üzündən mövsümün çox hissəsində komandaya faydaları dəyməyib.