Milli komandamızı Belarusda bu dəfə özbəklər biabır etdilər - MDB Oyunları
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında növbəti matçını keçirib.
mediasport.az xəbər verir ki, İlqar Aslanovun baş məşqçisi olduğu kollektiv bu dəfə Özbəkistan futzalçıları qarşısında biabır olub.
Matç asiyalıların 9:1 hesablı qələbəsilə yekunlaşıb. U-19-un yeganə qolunu Bəyoğlan Vəlizadə vurub. Millimizin turnirdə son oyununu avqustun 11-də Rusiya futzalçılarına qarşı keçirəcək.
Qeyd edək ki, komandamız bunadək Qırğızıstana 2:5, Belarusa isə 1:7 hesabı ilə uduzub.