"Araz-Naxçıvan" ÇL-də fiaskoya uğradı: 3 oyun, 3 məğlubiyyət!
Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan "Araz-Naxçıvan" yer aldığı 5-ci qrupda 3-cü oyununu keçirib.
mediasport.az xəbər verir ki, Joze Alesio da Silvanın baş məşqçisi olduğu Azərbaycan çempionu əvvəlki iki görüşdə olduğu kimi, bu dəfə də məğlub olub.
Meydan sahibi Bosniya və Herseqovinanın "Mostar" klubundan da zəif olan komandamız, beləcə, qrupun hər 3 matçında uduzaraq fiasko ilə barışıb. "Araz-Naxçıvan" qrupun əvvəlki iki matçında İsveçin "Örebro" klubuna 2:5, Serbiyanın "Lozniça Qrad" komandasına isə 1:4 hesabı ilə uduzmuşdu.
Çempionlar Liqası. 5-ci qrup. 3-cü tur
"Mostar" (Bosniya və Herseqovina) - "Araz-Naxçıvan" 3:2
Qollar: Mariyo Aladziç, 2:16, 11:25, Predraq Şeşelj, 32:19 // Vitao, 22:43, Andreu Varqas, 33:20
Hakimlər: Jan Kresta (Çexiya), Lukaş Peşko (Slovakiya), Josip Dujmiç (Xorvatiya)
Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)
UEFA nümayəndəsi: Viktor Beçeyro (İspaniya)
29 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 22:00