"Birinci hissədə bir qədər əsəbilik hiss olunurdu, başa düşüləndir"
UEFA Çempionlar Liqasında ilk oyununu keçirən “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb.
mediasport.az xəbər verir ki, Türkiyə çempionu “İstanbul Şişli”ni 9:1 hesabı ilə yenən təmsilçimizin baş məşqçisi Vitali Borisov oyun haqda fikirlərini bölüşüb.
Gənc mütəxəssis federasiyanın rəsmi saytına bunları deyib:
“Birinci hissədə bir qədər əsəbilik hiss olunurdu. Bu da başa düşüləndir, komanda mövsümdə ilk rəsmi oyununu keçirirdi. İlk oyunlar isə hər zaman ağır olur. Fasilədən sonra daha yaxşı oynadıq, bu da hesabda öz əksini tapdı, böyükhesablı qələbə qazandıq. Bu münasibətlə komandamı tərbik edirəm. Artıq sabahkı matçı fikirləşməliyik”.
Qeyd edək ki, komandamız qrupda ikinci oyununu sabah Almaniyanın “Yan Regensburq” klubuna qarşı keçirəcək.