Azərbaycan çempionu 2 qələbə ilə ÇL-də qrupdan çıxa bilmədi

Azərbaycan çempionu 2 qələbə ilə ÇL-də qrupdan çıxa bilmədi

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazana bilməyib.

Mediasport.az xəbər verir ki, Vitali Borisovun komandası ilkin raundda yer aldıqları qrupun sonuncü görüşündə məğlub olub.

A qrupunda qərarlaşan Azərbaycan çempionu son turda Latviya təmsilçisi “Riqa” ilə qarşılaşıb və ilk iki matçı qələbə ilə başa vuran kollektivlərin duelində qalib tərəf birinci yeri tutacaqdı. Meydan sahibləri 8:3 hesabı ilə qələbə ilə maksimum nəticə qazanaraq əsas mərhələyə yüksəliblər.

Çempionumuz 6 xalla qrupda qalıb.


UEFA Çempionlar Liqası. İlkin seçmə mərhələ. A qrupu, III tur


“Riqa” (Latviya) - “Araz-Naxçıvan” (Azərbaycan) – 8:3

Qollar: Dmitri Kuzmin, 2:30. Talles, 10:24. Serjinyo, 18:26, 27:12. Artur Strajdin, 24:38. Rikardinyo, 30:05, 39:57. İqor Labuts, 32:54 – Amadeu, 14:17, 15:05. Lukas, 33:51.

Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Martina Pitsolo (İtaliya), Georgios Kozakos (Kipr).

Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna).

UEFA nümayəndəsi: Massimo Nanni (San Marino).

Latviya, Riqa, Salaspils İdman Arenası.

1

Riqa

3

3

0

0

33-5

9

2

Araz-Naxçıvan

3

2

0

1

17-9

6

3

Yan Regensburq

3

1

0

2

4-9

3

4

İstanbul Şişli

3

0

0

3

3-34

0