Komandamız Avropa çempionatında ardıcıl qələbələrlə 1/4-ə çıxdı

Komandamız Avropa çempionatında ardıcıl qələbələrlə 1/4-ə çıxdı

Azərbaycanı Xorvatiyanın Split şəhərində keçirilən futzal üzrə Avropa çempionatında təmsil edən Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası yarışa uğurla start verib.

MediaSport.az xəbər verir ki, ASAPES keçirdiyi hər üç görüşü qələbə ilə başa vuraraq 1/4 finala vəsiqə qazanıb.

Tələbələrimiz əvvəlcə qrupun ilk matçında Böyük Britaniyanın “Bristol Universiteti”nə heç bir şans verməyiblər - 10:2. Komandamız daha sonra Portuqaliyanın “Minyo Universiteti” (3:1) və Norveçin Elm və Texnologiya universitetini (9:4) məğlub edib.