Azərbaycan çempionu Özbəkistan millisinin üzvü ilə gücləndi - RƏSMİ
“Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.
MediaSport.az xəbər verir ki, Azərbaycan çempionu Özbəkistan millisinin üzvü ilə anlaşıb.
25 yaşlı Husniddin Nişonovun ampluası hücumçudur. Ölkəsinin BMB klubunda çıxış edən futzalçı icarə əsasında komandamıza UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunları zaman kömək edəcək. O, yeni komandasına avqutsun 5-də qoşulacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serb Ninoslav Aleksiç və xorvat qapıçı Luka Pavloviçlə anlaşıb.