Şahmatçılarımız Bəhreynə yollanır
Oktyabrın 24-də Bəhreynin paytaxtı Manamada Gimnaziada İdman Oyunları start götürəcək.
Mediasport.az xəbər verir ki, məktəblilərin iştirak etdiyi oyunlarda Azərbaycan şahmatçıları da çıxış edəcək.
Gimnaziada İdman Oyunlarında Azərbaycan şahmatçılarından Paşam Əlizadə, Rüstəm Rüstəmov, Yunis Mahmudzadə, Tunar Davudov, Dinara Hüseynova, Lalə Hüseynova, Nurtən Nuriyeva, Məryəm Ağaverdiyeva, Nərmin Abdinova və Səadət Bəşirli mübarizə aparacaq.
Turnirdə şahmat yarışları 25-29 oktyabrda keçiriləcək. Azərbaycan şahmatçıları Bəhreynə oktyabrın 23-də yola düşəcək.