Azərbaycan çempionunun voleybolçusu: "Gücümüzü göstərdik"
“Gəncə” önündə gücümüzü göstərdik”.
Mediasport.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət son ölkə çempionu “Azərreyl” klubunun üzvü Raziyə Əliyeva Azərbaycan Yüksək Liqasının VII turunda “Gəncə”ni 3:0 hesabı ilə məğlub etdikləri görüş barədə danışarkən deyib.
Toppaylayıcı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında hədəflərinin çempionluq olduğunu bildirib: “Komandamı təbrik edirəm. Birinci setdə bir az zəif olsaq da, çox yaxşı oyun göstərdik. “Abşeron”la xalımızın eyni olmasına baxmayaraq, hazırda birinci pillədəyik. Ümid edirəm ki, növbəti oyunları daha yaxşı keçirər və mövsümü çempion kimi başa vurarıq”.
Qeyd edək ki, 7 turdan sonra hesabında 18 xal olan “Azərreyl” turnir cədvəlinə başçılıq edir. Eyni xala malik “Abşeron” ikinci pillədə qərarlaşıb.