Yığmamız Türkiyəyə yollanıb
Azərbaycanın yeniyetmə voleybolçulardan ibarət millisi təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb.
Mediasport.az xəbər verir ki, komandamız Ankarada yerli U-16 ilə birlikdə toplanış keçəcək.
İyulun 18-ə kimi davam edəcək birgə təlim-məşq toplanışı çərçivəsində komandalar arasında yoxlama oyunları da təşkil olunacaq.
Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma Ankaraya 16 voleybolçu aparıb.
Bu voleybolçular düşərgələrdə fərqlənən 13-14 yaşlı qızlardır.
Təlim-məşq toplanışında Şahin Çatmaya məşqçi Həmid Ənvəri kömək edəcək.