Türkiyə yığmasının keçmiş məşqçisi Azərbaycan klubunda!
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Azərreyl" voleybol klubunun yeni baş məşqçisi müəyyənləşib.
Mediasport.az saytına verilən məlumata görə, "dəmiryolçular" Türkiyə milli komandasının keçmiş məşqçisi Çingiz Axarçeşmə ilə müqavilə bağlayıblar.
Anlaşma 1 illik nəzərdə tutulub.
Təcrübəli mütəxəssisin qarşısına avrokuboklarda uğurlu çıxış və növbəti mövsümdə Azərbaycan çempionu olmaq tapşırığı qoyulub.
O, müxtəlif klublarla yanaşı, Türkiyənin U-17, U-18 və əsas yığmasında fəaliyyət göstərib.
Qeyd edək ki, komandamız yeni mövsümdə ölkəmizi “Çağırış Kuboku”nda təmsil edəcək. Mübarizəyə 1/32 final mərhələsindən start verəcək “Azərreyl”in rəqibi Ukraynanın “Balta” klubu olacaq.
İkili qarşılaşmalar oktyabrda keçiriləcək.