Azərbaycanlı hakim Çempionlar Liqasında

Azərbaycanlı hakim Çempionlar Liqasında

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov növbəti dəfə Avropa Voleybol Konfederasiyasından təyinat alıb.

mediasport.az xəbər verir ki, o, Türkiyədə kişilərdən ibarət "Xalqbank Ankara" və Bolqarıstanın "Hebar Pazarjik" komandaları arasında keçiriləcək Çempionlar Liqasının "B" qrupunun oyununu idarə edəcək.

Qarşılaşmada ikinci dərəcəli referi fransalı Şantal Kayzer olacaq. Görüş yanvarın 25-də Ankarada baş tutacaq.