Azərbaycan gimnastlarından dünya çempionatında 4-cü qızıl medal

  Azərbaycan gimnastlarından dünya çempionatında 4-cü qızıl medal

Portuqaliyada akrobatika gimnastikası üzrə dünya çempionatı keçirilib.

Mediasport.az xəbər verir ki, turnirdə ilk dəfə iştirak edən qarışıq cütlüyümüz - Raziyə Seyidli və Ağasif Rəhimov balans hərəkətlərində olduğu kimi, qarışıq hərəkətlərdə də 1-ci pillənin sahibi olublar.

Buna qədər kişi cütlüyümüz - Murad Rəfiyev və Daniel Abbasov qarışıq hərəkətlər və balans hərəkətləri üzrə final mərhələsində iki qızıl medal qazanıblar.