Dünya Kuboku: Bakıdakı yarışda iştirak edəcək ölkələr məlum olub
Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda 33 ölkə iştirak edəcək.
Mediasport.az xəbər verir ki, yarış fevralın 23-25-i aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.
Dünya Kubokunda Azərbaycanla yanaşı, Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Bolqarıstan, Kanada, Kolumbiya, Çexiya, Danimarka, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Yunanıstan, İrlandiya, İtaliya, Yaponiya, Qazaxıstan, Latviya, Meksika, Niderland, Yeni Zelandiya, Çin, Polşa, Portuqaliya, Cənubi Afrika, İspaniya, Türkiyə, Ukrayna, ABŞ və Özbəkistan gimnastları da mübarizə aparacaqlar.
Xatırladaq ki, yarış Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.