Azərbaycan gimnastları Fransada "Qran-pri" yarışına qatılacaqlar

Azərbaycan gimnastları Fransada "Qran-pri" yarışına qatılacaqlar

Azərbaycan gimnastları Fransanın Tiye şəhərində keçiriləcək bədii gimnastika üzrə 35-ci beynəlxalq "Qran-pri" yarışında mübarizə aparacaqlar.

Mediasport.az xəbər verir ki, turnirdə ölkəmizi qrup hərəkətləri üzrə Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya, Sorokina, Ləman Əlimuradova, Zeynəb Hümmətova, fərdi gimnast İlona Zeynalova təmsil edəcəklər.

Komanda səfərə federasiyanın idman direktoru Natalya Bulanova və millinin baş məşqçisi Siyana Vasilevanın rəhbərliyi altında yollanıb.

Milli komandanın xoreoqrafı Akif Kərimli, məşqçi Nigar Musazadə, beynəlxalq dərəcəli hakimlər Yevgeniya Vilyayeva və Nigar Abdusalimova da yarışda təmsil olunacaqlar.