Azərbaycanda Dünya Kuboku keçiriləcək - 42 ölkə iştirak edəcək

Azərbaycanda Dünya Kuboku keçiriləcək - 42 ölkə iştirak edəcək

Azərbaycan bədii gimnastika üzrə ilin ilk beynəlxalq səviyyəli yarışına ev sahibliyi edəcək.

Mediasport.az xəbər verir ki, gələn ay ölkəmizdə Dünya Kuboku keçiriləcək.

Aprelin 19-da başlanacaq yarışda 42 ölkəni təmsil edəcək gimnastlar mübarizə aparacaqlar.

Turnir 2 gün davam edəcək və Milli Gimnastika Arenasında təşkil olunacaq.

Biletləri onlayn qaydada @iticket.az saytında və şəhərin kassalarından əldə etmək mümkündür.