Azərbaycan idmançısı Avropada 2023-cü ilin ən yaxşısı seçilib

 Azərbaycan idmançısı Avropada 2023-cü ilin ən yaxşısı seçilib

Azərbaycan tamblinqçisi Mixail Malkin Avropada ilin gimnastı seçilib.

Mediasport.az xəbər verir ki, dünya çempionumuz 226 min 339 səslə bütün rəqiblərini geridə qoyub.

Ümumi səslərin 52 faizini Malkin toplayıb.

İlin məşqçisi adına isə digər həmyerlimiz Adil Hüseynzadə (tamblinq) layiq görülüb. Mütəxəssis 196 min 735 səslə (46 faiz) birinci yeri tutub.

İdmançımız 2023-cü ildə Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb.