Xanımlarımız Rumıniyadakı dünya çempionatında tarix yazdılar
Azərbaycanın bədii gimnastları Rumıniyanın Kluj-Napoka şəhərində gənclər arasında keçirilən 2-ci dünya çempionatında tarixi nəticəyə imza atıblar.
MediaSport.az xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri çoxnövçülük proqramında bürünc medala layiq görülüb.
Qeyd edək ki, bu uğur Azərbaycan gimnastika tarixində gənclər arasında keçirilən dünya çempionatında qazanılan ilk nailiyyətdir.