AGF-in idman direktoru Kiprdə hakim kurslarında ekspert olacaq

AGF-in idman direktoru Kiprdə hakim kurslarında ekspert olacaq

Avropa Gimnastikasının (EG) Bədii Gimnastika Texniki Komitəsi tərəfindən Larnakada (Kipr) hakimlik kursu keçiriləcək.

Mediasport.az xəbər verir ki, tədbir oktyabrın 11-14-də təşkil olunacaq.

Azərbaycan Gimnastika Federasiyasının idman direktoru Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FİG) Bədii Gimnastika Texniki Komitəsinin üzvü kimi, ekspert qismində çıxış edəcək.

Kurs iştirakçıları yeni Olimpiya dövründə qaydalardakı dəyişiklikləri müzakirə edəcək və digər peşəkar aspektlərə toxunacaqlar.