Avropa çempionatı: Yığmamız son matçda Kipr millisi ilə üz-üzə gəlir
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu matçına çıxacaq.
Mediasport.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komandamız B Liqasının 5-ci qrupunun 3-cü turunda Kipr yığması ilə qarşılaşacaq.
Kiprin Pafos şəhərində təşkil edilən mərhələnin son görüşü “Peyia Munisipal” stadionunda reallaşacaq.
Matç Bakı vaxtilə saat 13:00-da başlanacaq.
Xatırladaq ki, futbolçularımız qrupda daha əvvəl İsveçrə yığmasına 0:8, Estoniya millisinə 0:3 hesabları ilə məğlub olublar.
Qitə birinciliyinin final mərhələsi gələn ay Polşada keçiriləcək.