Azərbaycan idmançısı Dünya Kubokunda bürünc medal qazandı
Güllə atıcılığı üzrə milli komandamızın üzvü Ruslan Lunyov Perunun paytaxtı Limada keçirilən Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) Dünya Kuboku yarışında uğurlu çıxış edib.
mediasport.az xəbər verir ki, 34 yaşlı təmsilçimiz kiçikçaplı pnevmatik tapançadan 25 m məsafəyə sürətli atəş açmada bürünc medal qazanıb.
Dünya Kubokunun qalibi fransalı Kleman Bessage olub.