Zeynəb Sultanova da Almaniya turnirində qızıl medal qazanıb

Zeynəb Sultanova da Almaniya turnirində qızıl medal qazanıb

Azərbaycan atıcısı Zeynəb Sultanova da Almaniyanın Dortmund şəhərində keçirilən "ISAS 2024" beynəlxalq turnirində qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, təmsilçimiz qadınlar arasında 25 metr məsafədə kiçik çaplı tapançadan sürətli atəş üzrə yarışda ən yaxşı nəticəni göstərib.

Qeyd edək ki, 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında Nigar Nəsirova və Ruslan Lunyov tandemi turnirdə qızıl medal qazanıb.

Eyni növdə Elvin Astanov və Xanna Əliyeva cütlüyü ikinci yeri tutub.

Xanna Əliyeva, eyni zamanda, fərdi qaydada pnevmatik tapançadan atəşaçmada 235.2 xalla ikinci yeri tutaraq gümüş mükafata yiyələnib.

Yarışa martın 24-də yekun vurulacaq.