Azərbaycan idmançısı İspaniyada turnirdə iştirak edəcək

Azərbaycan idmançısı İspaniyada turnirdə iştirak edəcək

Azərbaycan bədii gimnastı Alina Məmmədova İspaniyanın Marbelya şəhərində keçiriləcək "Grand Prix Marbella 2024" beynəlxalq turnirində iştirak edəcək.

Mediasport.az xəbər verir ki, idmançımız yığmanın məşqçisi Reyş Aleksandranın rəhbərliyi altında mübarizə aparacaq.

Beynəlxalq dərəcəli referi Yevgeniya Vilyayeva turnirdə ölkəmizi hakim kimi təmsil edəcək.

Qeyd edək ki, yarış martın 8-10-da təşkil olunacaq.