Gimnastlarımız Almaniyada Dünya Kubokunda iştirak edəcəklər
Batut gimnastikası üzrə Azərbaycan millisi martın 23-24-də Almaniyanın Kottbus şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək.
Mediasport.az xəbər verir ki, baş məşqçi Vladimir Şulikinin rəhbərliyi altında Selcan Mahsudova, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyev mübarizə aparacaqlar.
Beynəlxalq dərəcəli hakim Kamil Quliyev Dünya Kubokunda ədalət təmsilçisi olacaq.