Bədii gimnastlarımız "San Marino Cup" turnirində iştirak edəcəklər

  Bədii gimnastlarımız "San Marino Cup" turnirində iştirak edəcəklər

7-8 sentyabrda bədii gimnastika üzrə "San Marino Cup" adlı beynəlxalq yarış keçiriləcək.

Mediasport.az xəbər verir ki, San Marino Respublikasının Serravalle şəhərində baş tutacaq turnirdə ölkəmizi böyük yaş qrupu üzrə İlona Zeynalova və kiçik yaş qrupu üzrə Şəms Ağahüseynova təmsil edəcək.

Gimnastlara Ukleina Valentina və ⁠Ruslan Eyvazov rəhbərlik edəcəklər. Aysel Həsənova beynəlxalq turnirdə hakim vəzifəsini icra edəcək.