Azərbaycan klubu avrokuboklara qələbə ilə başladı

Azərbaycan klubu avrokuboklara qələbə ilə başladı

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün Çağırış Kubokunda mübarizəyə başlayıb.

mediasport.az xəbər verir ki, təmsilçimiz 1/32 final mərhələsinin ilk oyununda Slovakiya "Slaviya"sı ilə üz-üzə gəlib. Qarşılaşma "Azərreyl"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasındakı cavab görüşü noyabrın 30-da eyni arenada gerçəkləşəcək.

“Azərreyl” - “Slaviya”  3:1 (25:20, 25:19, 19:25, 25:20)