Milli komandamızın lideri Macarıstan klubu ilə 1 illik müqavilə bağladı
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının kapitanı Ayşən Abduləzimova karyerasını yenidən ölkə xaricində davam etdirəcək.
mediasport.az saytına daxil olan məlumata görə, millimizin lideri növbəti 1 ildə də Macarıstanda çıxış edəcək.
30 yaşlı voleybolçu başa çatmış mövsümdə formasını geyindiyi "Vaşaş" klubunun uğurları üçün çalışacaq.
Abduləzimova bu klubla 3 dəfə Macarıstan Kubokunun qalibi olub, bu ölkədə çıxış edən ən yaxşı legioner seçilib.