Çelenc Kuboku: "Azərreyl" növbəti mərhələyə vəsiqə qazanıb!

Çelenc Kuboku: "Azərreyl" növbəti mərhələyə vəsiqə qazanıb!

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çelenc Kubokunun 1/32 final mərhələsində cavab oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, təmsilçimiz Ukraynanın "Balta” klubunu 3:0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb.

Komandalar arasında baş tutmuş ilk dueldə də "Azərreyl" inamlı qələbə qazanıb - 3:0.

Bu gün ukraynalılar meydan sahibləri qismində çıxış ediblər.


Çelenc Kuboku. 1/32 final. Cavab oyunu


“Balta” (Ukrayna) – “Azərreyl” (Azərbaycan) 0:3 (ilk oyun – 0:3)

Bakı. Voleybol Mərkəzi.