Bakı təmsilçisi Amerikadan legioner transfer edib

Bakı təmsilçisi Amerikadan legioner transfer edib

Qadın voleybolçulardan ibarət “Azərreyl” heyətinə daha bir legioner qatıb.

Mediasport.az xəbər verir ki, “dəmiryolçular” amerikalı Tauri Mejini transfer ediblər.

186 santimetr boya malik blokçu ilə 1 mövsümlük müqavilə imzalanıb. O, ABŞ-ın “Texas Universiteti” komandasından transfer olunub. Meji karyerasında ilk dəfə ölkə xaricində oynayacaq.

Bununla da “Azərreyl”in rəsmi müqavilə bağladığı voleybolçularının sayı 7-yə çatıb. Daha öncə Aynur İmanova, Raziyə Əliyeva, Asiyat Abuyeva, Xanım Cəlilova, Aişə Alismanova, həmçinin xorvatiyalı Katarina Pilepiçlə danışıqlar müsbət yekunlaşıb. Türkiyəli təcrübəli mütəxəssis Cengiz Akarçeşme isə komandanın "sükanı arxasına" gətirilib.

Qeyd edək ki, "Azərreyl" Çağırış Kubokunda Ukraynanın "Balta" kollektivi ilə üz-üzə gələcək. 1/32 final mərhələsində baş tutacaq qarşılaşmalar oktyabrda keçiriləcək.