4-cü oyununda 1 set qazanan millimiz növbəti dəfə məğlub olub
18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında 4-cü matçını keçirib.
Mediasport.az xəbər verir ki, nəhayət, ümumi turnirdə bir set qazana bilən Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda bu dəfə Estoniya yığmasına məğlub olub - 1:3 (25:23, 13:25, 14:25, 21:25) hesabı ilə məğlub olub.
Yığmamız daha əvvəl Polşa, Ukrayna və Latviyaya 0:3 hesabı ilə uduzub. Komandamız sabah Gürcüstan millisi ilə qarşılaşacaq.
Turnirin qalibi AVRO-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək.