Yığmamızın heyəti açıqlandı

Yığmamızın heyəti açıqlandı

Voleybol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün geniş heyəti açıqlanıb.

MediaSport.az xəbər verir ki, baş məşqçi Ataman Güneyligil yığmaya 17 oyunçu dəvət edib.

Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova, Ülkər Kərimova.

Blokçular: Ayşən Abduləzimova, Alena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko.

Oyunqurucular: Kristina Besman, Yana Doroşenko, Şəfaqət Alışanova.

Liberolar: Yuliya Kərimova, Bəyaz Quliyeva.

Baş məşqçi: Ataman Güneyligil.

QEYD: Qitə çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.